Fransa millisində itki: ÇL finalını və AÇ-2016-nı buraxacaq
22.05.2016 - 15:53
Fransa millisində itki: ÇL finalını və AÇ-2016-nı buraxacaq

Madrid “Real”ının və Fransa milli komandasının üzvü Rafael Varan zədələnib. Apasport.az saytının məlumatına görə, müdafiəçinin sol budunda əzələ problemi yaranıb.

 

İspaniya mətbuatı onun mayın 28-də Milanda baş tutacaq Çempionlar Liqası finalını buraxacağını bildirib. Fransalı həmkarlarımız isə 23 yaşlı oyunçunun hətta vətənində keçiriləcək Avropa çempionatında iştirak etməmək ehtimalının olduğunu iddia edirlər. 

0