“Milan” Balotellidən imtina etdi
23.05.2016 - 01:15
“Milan” Balotellidən imtina etdi

“Milan” müqavilə ilə “Liverpul”a məxsus olan, ötən mövsümü icarə əsasında klubda keçirən Mario Balotellinin transfer haqqlarını almaqdan imtina edib. Apasport.az saytının məlumatına görə, bu barədə “SKY Sports” xəbər yayıb.

 

Buna səbəb isə tərəflərin maddi məsələlərdə anlaşa bilməməsidir. Belə olan halda Mario yenidən İngiltərəya qayıtmalı olacaq.

 

Oyunçunun yenidən icarə əsasında çıxış etməsi variantı da var.

0