“Barselona” “qızıl dubl”u rəsmiləşdirdi
23.05.2016 - 02:06
“Barselona” “qızıl dubl”u rəsmiləşdirdi

İspaniya kubokunun 2015/16 mövsümünün final matçı keçirilib. Apasport.az saytının məlumatına görə, həlledici oyunda "Barselona" "Sevilya" ilə qarşılaşıb.

 

"Visente Kalderon"da keçirilən oyunun əsas vaxtında hesab açılmayıb. Qarşılaşmaya əlavə edilmiş 30 dəqiqədə iki qol vuraraq qalib gələn kataloniyalılar ölkə çempionatından sonra kuboku da qazanaraq “qızıl dubl”a imza atıblar.

 

Qeyd edək ki, bundan öncəki ölkə kubokunun da qalibi olan "Barsa"nın hesabında ümumilikdə 28 ölkə kuboku var. Katalonlar bu cəhətdən hamını qabaqlayır.

 

İspaniya kuboku, final

22 may

 

“Barselona” – “Sevilya” - 2:0 (əlavə vaxtda)

Qollar: Xordi Alba, 97, Neymar, 120+2

Qırmızı vərəqələr: Maskerano, 37 (“Barselona”) - Ever Baneqa, 90+2 (“Sevilya”)

0