Yaşıl meydanlarda daha bir ölüm
23.05.2016 - 10:15
Yaşıl meydanlarda daha bir ölüm

Argentina futbolunda faciə baş verib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, aşağı liqa matçında ölüm hadisəsi baş verib.

 

Regional Liqada “San Xorxe” ilə “Defensores Kolon” arasında baş tutan qarşılaşmada birincilərin oyunçusu Mikael Favre bədbəxt hadisə ilə üzləşib. Belə ki, görüşün gedişində ayağı sürüşən Favrenin başı rəqib oyunçunun dizinə dəyib. Sifətinə daha bir zərbə alan 24 yaşlı argentinalı huşunu itirib və dərhal xəstəxanaya aparılıb. Lakin həkimlər Favreni xilas edə bilməyiblər.

 

Hadisədə günahkar bilinən “Defensores Kolon”un iki oyunçusu dindirilmək üçün polis bölməsinə aparılıb.

0