[b]İbrahim Şehiç İspaniya yığmasına qarşı[/b]
23.05.2016 - 10:26
[b]İbrahim Şehiç İspaniya yığmasına qarşı[/b]

“Qarabağ”ın qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina millisinə çağırılıb. Apasport.az saytının məlumatına görə, balkanlıların baş məşqçisi Mehmed Bajdareviç Avstriyadakı təlim-məşq toplanışında keçiriləcək 3 yoxlama oyununa 32 futbolçu çağırıb.

 

Bu heyətdə yer alan Şehiç son Avropa çempionu İspaniyaya qarşı oynamaq imkanı qazanacaq. Bu görüş mayın 29-da keçiriləcək.

 

Bosniya və Herseqovina yığması iyunun 3-də Yaponiya, 5 gün sonra Kiprlə qarşılaşacaq.

0