[b]Çempion toyu ilə əlaqədar millidən ayrıldı[/b]
23.05.2016 - 10:35
[b]Çempion toyu ilə əlaqədar millidən ayrıldı[/b]

“Lester”in hücumçusu Ceymi Vardi İngiltərə yığmasının düşərgəsini tərk edib. Apasport.az saytı xəbər verir ki, 29 yaşlı forvard mayın 27-də Avstraliya ilə keçiriləcək yoldaşlıq matçında iştirak etməyəcək.

 

Buna səbəb Vardinin ayın 25-də ailə həyatı qurmasıdı.

 

İngiltərə mətbuatına danışan yığmanın baş məşqçisi Roy Hocson da bunu təsdiqləyib: “Ceymi çərşənbə günü evlənir. Buna görə də, yığmanın düşərgəsini bir neçə günlük tərk edib. Avstraliya ilə matçda forma geyinməyəcək”.

 

Qeyd edək ki, İngiltərə çempionu Vardi ötən ildən milliyə dəvət alır. 

0