[b]“Sumqayıt”da 2 yeni müqavilə[/b]
23.05.2016 - 11:16
[b]“Sumqayıt”da 2 yeni müqavilə[/b]

Topaz Premyer Liqasında mövsümü 8-ci pillədə başa vuran “Sumqayıt”da futbolçular istirahətə buraxılıb. Apasport.az saytının məlumatına görə, “gənclik şəhəri” təmsilçisi ilk olaraq heyətdəki oyunçularla danışıq aparmağa başlayıb.

 

Sumqayıtlılar artıq 2 futbolçunu komandada saxlamaq qərarına gəliblər. Söhbət mərkəz müdafiəçiləri Bəxtiyar Həsənalızadə və Vurğun Hüseynovdan gedir. Baş məşqçi Samir Abasovun qalmasını istədiyi oyunçularla danışıq müsbət nəticələnib və müqavilə müddəti başa çatan Bəxtiyarla Vurğun yeni 1 illik sazişə qol çəkiblər.

 

Məlumatı əməkdaşımızla söhbətində klubun baş meneceri Ceyhun Sultanov da təsdiqləyib.

0