[b]“İnter”dən daha bir transfer[/b]
23.05.2016 - 11:27
[b]“İnter”dən daha bir transfer[/b]

Mövsüm başa çatan kimi, 5 futbolçu ilə yeni müqavilə imzalayan “İnter” transfer çalışmalarına da start verib. Apasport.az saytının məlumatına görə, “bankirlər” artıq 2 oyunçunun keçidini həll etmək üzrədilər.

 

“Sumqayıt”ın hücumçusu Ağabala Ramazanov hələ mövsüm bitməmiş paytaxt klubu ilə ilkin razılıq əldə etmişdi. Gənc forvarda onun komanda yoldaşı Slavik Alxasov da qoşulub. “İnter” 23 yaşlı müdafiəçi ilə də ilkin anlaşma əldə edib.

 

“Sumqayıt”la müqavilə müddəti bitdiyi üçün “gənclik şəhəri” təmsilçisi ilə yollarını rəsmən ayıran Ağabala və Slavik “transfer pəncərəsi” açılan kimi, “İnter”lə 1 illik müqaviləyə qol çəkəcəklər.

0