[b]Samir Zərgərov və Tərlan Quliyev “İnter”də![/b]
23.05.2016 - 12:43
[b]Samir Zərgərov və Tərlan Quliyev “İnter”də![/b]

Yay fasiləsində “transfer bazarı”nda fəallıq göstərən “İnter” daha 2 oyunçunun keçidini həll edib. Apasport.az saytının məlumatına görə, “Sumqayıt”ın üzvləri Ağabala Ramazanov və Slavik Alxasovla razılığa gələn “bankirlər” bu dəfə diqqəti başqa klublara yönəldiblər.

 

Paytaxt klubu “Qəbələ”nin oyunçusu Samir Zərgərovun da keçidini rəsmiləşdirib. “Qırmızı-qaralar”da əsas heyətə düşməkdə çətinlik çəkən yarımmüdafiəçi sabiq komandasına qayıtmağa qərar verib. Zərgərov “İnter”lə 1 illik müqavilə imzalayıb.

 

Növbəti mövsümdə daha iddialı olmağı planlaşdıran bakılılar daha bir oyunçu ilə razılığa gəliblər. Söhbət ötən mövsümü icarə əsasında “Kəpəz”də keçirən Tərlan Quliyevdən gedir. “Bankirlər” transfer hüququ “Qarabağ”a məxsus olan müdafiəçini heyətinə qatmağa nail olub.

 

Qeyd edək ki, Premyer Liqanın başa çatan mövsümündə 26 oyunda iştirak edən Samir Zərgərov 3 qola imza atıb. 35 matçda forma geyinən Tərlan Quliyev isə 1 dəfə fərqlənib.

 

 

0