[b]“Qarabağ” icarəyə verdiyi futbolçunu qaytardı - FOTO[/b]
23.05.2016 - 12:57
[b]“Qarabağ” icarəyə verdiyi futbolçunu qaytardı - FOTO[/b]

Azərbaycan çempionu “Qarabağ” bir futbolçusunu geri qaytarıb. Apasport.az saytının məlumatına görə, söhbət yarımmüdafiəçi Namiq Ələsgərovdan gedir.

 

Mövsümün əvvəlində Tərlan Quliyev və Şəhriyar Əliyevi, qış fasiləsində isə Namiq Ələsgərovu “Kəpəz”ə icarəyə verən Ağdam təmsilçisi sonuncunun çıxışından məmnun qalıb. Elə bu səbəbdəndi ki, gəncəlilərlə icarə müddəti başa çatan 21 yaşlı futbolçu geri qaytarılıb. Ələsgərov “Qarabağ”ın yay təlim-məşq toplanışından etibarən kollektivə qoşulacaq.

 

Qeyd edək ki, “Qarabağ”ın “Kəpəz”də icarə əsasında çıxış edən digər futbolçusu Tərlan Quliyev isə “İnter”lə anlaşıb.

0