[b]“Qəbələ” “Domjale” və “Şerif”lə qarşılaşa bilər[/b]
23.05.2016 - 13:06
[b]“Qəbələ” “Domjale” və “Şerif”lə qarşılaşa bilər[/b]

“Qəbələ”nin UEFA Gənclər Liqasındakı potensial rəqiblərindən 17-si bəllidi. Apasport.az saytının məlumatına görə, yarışa “Çempionlar yolu”nun I mərhələsindən başlayacaq əyalət klubunun U-19 komandası bu raundda çıxış edəcək 32 komandadan biridi.

 

Bu “32-lik”dən 18-i məlumdu ki, təmsilçimiz burada “Malaqa” (İspaniya), “Anderlext” (Belçika) və “Mançester Siti” (İngiltərə), “Dinamo” (Moskva, Rusiya), “Ayaks” (Hollandiya), PAOK (Yunanıstan), “Sparta” (Çexiya), “Vitorul” (Rumıniya), APOEL (Kipr), “Makkabi” (Hayfa, İsrail), AİK (İsveç), “Liteks” (Bolqarıstan), “Rusenborq” (Norveç), “Nitra” (Slovakiya), “Domjale” (Sloveniya), “Kayrat” (Qazaxıstan) və “Şerif” (Moldova) klubları ilə görüşə bilər.

 

Sonuncular buna Ukraynanın hesabına nail olub. Belə ki, əsasnamə yalnız UEFA reytinqinin ilk 32 pilləsindəki ölkələrə təmsilçilik hüququ versə də, Moldova 33-cü yerlə turnirdə debüt edəcək. Çünki daha yuxarı pillədə yer alan Ukrayna “Çempionlar yolu”ndan kənar qalıb. Buna səbəb ölkə çempionu olan Kiyev “Dinamo”sunun “Çempionlar Liqası” yolunda çıxış etməsidi.

 

0