[b]Ağayev getdi, Ağayev qayıtdı[/b]
23.05.2016 - 13:13
[b]Ağayev getdi, Ağayev qayıtdı[/b]

Heyətini gücləndirməklə məşğul olan “İnter” daha bir futbolçu ilə razılığa gəlib. Apasport.az saytının məlumatına görə, “bankirlər” yay fasiləsində 5-ci oyunçunun keçidini həll etmək üzrədi.

 

Söhbət “İnter” üçün tanış sima olan Səlahət Ağayevdən gedir. Premyer Liqanın son mövsümünə paytaxt klubunda başlayan qolkiper yanvarda “Sumqayıt”a keçmişdi.

 

Georgi Lomaya və Elşən Poladovla yolların ayrılması, Kamran Ağayevin isə müqaviləsinin başa çatması klub rəhbərliyini diqqəti qapı xəttinə yönəltməyə vadar edib. Ağayevlə danışıqlara başlayan bakılılar onu geri qayıtmağa razı sala biliblər.

 

Hazırda müqavilənin xırda detalları müzakirə olunur. Səlahət bu gün və ya yaxın müddətdə “İnter”lə rəsmi müqaviləyə qol çəkəcək.

 

Paytaxt təmsilçisi Səlahət Ağayevdən əvvəl Ağabala Ramazanov, Slavik Alxasov, Samir Zərgərov və Tərlan Quliyevin keçidini həll edib.

 

Qeyd edək ki, Səlahət Ağayev “Sumqayıt”ın heyətində ölkə çempionatının son mövsümündə 16 oyunda iştirak edib və qapısından 18 top buraxıb.

 

 

0