[b]“Gələcək karyerama mümkün qədər tez aydınlıq gətirməliyəm” - Dodo[/b]
23.05.2016 - 13:22
[b]“Gələcək karyerama mümkün qədər tez aydınlıq gətirməliyəm” - Dodo[/b]

“Əla mövsüm keçirdik ki, bu da bizi sevindirir. Avropa Liqasının qrupuna düşməyimizi qəhrəmanlıq kimi həmişə xatırlayacaqlar”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin futbolçusu Dodo deyib.

 

Mövsümün sonunu zədə üzündən boşa verən yarımmüdafiəçi Braziliya mətbuatına açıqlamada başa çatan futbol ilini dəyərləndirib. Kapitanı olduğu komandanın çıxışını müsbət dəyərləndirən Dodo müqaviləsi başa çatdığından gələcək karyerası ilə bağlı qeyri-müəyyənliyə də son qoymağa tələsdiyini qeyd edib: “Topaz Premyer Liqasını isə 3-cü pillədə başa vurduq. Düzdü, daha yaxşı nəticə də göstərə bilərdik. Amma indi qazandıqlarımızı qeyd etməliyik. Arxada qalan mövsüm şəxsi mənada mənim üçün də uğurlu alındı. Komandamın avrokuboklarda qrupa düşməsinə kömək etdim. Belə bir il üçün yalnız şükür etməliyəm. Ümid edirəm ki, tezliklə gələcək karyerama da aydınlıq gətirəcəyəm. “Qəbələ” ilə müqaviləm başa çatdığından bunu mümkün qədər tez həll etməliyəm”

 

Qeyd edək ki, Dodo “Qəbələ”nin tarixində ən çox oyun keçirən futbolçudu.

0