[b]“Neftçi” final üçün neçə bilet satıb?[/b]
23.05.2016 - 17:27
[b]“Neftçi” final üçün neçə bilet satıb?[/b]

“Neftçi” Azərbaycan Kubokunun finalında “Qarabağ”la keçiriləcək qarşılaşmanın hazırlıqlarını davam etdirir. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, paytaxt təmsilçisi bilet satışını da sürətləndirib.

 

AFFA-dan verilən 10 min 773 biletdən 5300-dən çoxu artıq satılıb. Rəhbərlik bilet satışını təkcə Tofiq Bəhramov adına Respublika stadionunun onlar üçün ayrılmış kassalarında deyil, onlayn şəkildə də aparır. Kassalara isə “qara bazar”ın qarşısını almaq üçün klubun öz nümayəndələri nəzarət edirlər.

 

Bundan əlavə, “Neftçi” azarkeşləri arasında sosial şəbəkələr vasitəsilə müxtəlif sorğular da keçirilir və qaliblər biletlə mükafatlandırılırlar.

 

Qeyd edək ki, mayın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Neftçi” görüşü saat 20:00-da başlayacaq.

0