[b]Millimizin Avstriyadakı oyunları canlı yayımlanmayacaq[/b]
23.05.2016 - 17:28
[b]Millimizin Avstriyadakı oyunları canlı yayımlanmayacaq[/b]

Millimizin Avstriya toplanışında keçirəcəyi yoldaşlıq oyunlarının canlı yayımlanıb-yayımlanmayacağına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Andorra, Makedoniya və Kanada ilə görüşlərin yayımı baş tutmayacaq.

 

Belə ki, AFFA qarşı tərəflərlə razılığa gələ bilməyib. Bu səbəbdən 3 qarşılaşmanın heç biri televiziya vasitəsilə göstərilməyəcək.

 

Məsələ ilə bağlı açıqlama verən AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumatı təkzib etməyib: “Oyunlar neytral ərazidə keçirildiyi üçün hər bir tərəfin razılığı olmalıdı. Biz hər 3 oyunun canlı göstərilməsində maraqlı idik. Lakin bu andan sonra canlı yayım məsələsini həll etmək çox çətindi”.

 

Qeyd edək ki, millimiz Andorra ilə mayın 26-da, Makedoniya ilə 29-da, Kanada ilə isə iyunun 3-də üz-üzə gələcək.

 

 

0