[b]Azərbaycanlı qapıçı Bundesliqada qaldı[/b]
24.05.2016 - 09:42
[b]Azərbaycanlı qapıçı Bundesliqada qaldı[/b]

Almaniya Bundesliqasında qalmaq uğrunda keçid oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, azərbaycanlı qapıçı Emil Balayevin şərəfini qoruduğu Frankfurtun “Ayntraxt” klubu yüksək dəstədə yerini qoruyub.

 

Bundesliqada 16-cı olub, pley-offa yollanan frankfurtlular aşağı dəstədə 3-cü olan “Nürnberq”lə qarşılaşıb. Evdəki ilk görüşdə heç-heçə ilə (1:1) kifayətlənən Emilin komandası səfərdə 1:0 hesablı qələbə qazanıb.

 

Qeyd edək, Balayevin adı son oyunda “18-liy”ə daxil edilməyib.

0