[b]AÇ-2016: Daha bir futbolçu zədələndi, heyətdən çıxarıldı[/b]
24.05.2016 - 10:02
[b]AÇ-2016: Daha bir futbolçu zədələndi, heyətdən çıxarıldı[/b]

Gələn ay start götürəcək Avropa çempionatına hazırlaşan İrlandiya yığması ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, komandanın müdafiəçisi Mark Uilson zədələnib.

 

“Stok Siti”nin futbolçusunun adı siyahıya daxil edilsə də, zədələnməsi planları korlayıb. Həkimlər təcrübəli futbolçunun Avropa çempionatında iştirak edə bilməyəcəyini açıqlayıblar. Uilsonun sıradan çıxması baş məşqçi Martin Onili əməlli-başlı məyus edib.

 

Qeyd edək ki, 29 yaşlı müdafiəçi 2011-ci ildən İrlandiya millisinin üzvüdü. 

0