[b]“İnter” daha 4 futbolçu ilə bağlı qərar verdi[/b]
24.05.2016 - 12:56
[b]“İnter” daha 4 futbolçu ilə bağlı qərar verdi[/b]

Yay transfer dönəminin ən fəal komandası olan “İnter” heyətdəki oyunçularla bağlı qərarlarını da bir-bir verir. Apasport.az saytının məlumatına görə, “bankirlər” daha 4 oyunçunun komandada qalmasını qərara alıblar.

 

Onlardan ikisi - Abbas Hüseynov və İlkin Qırtımov artıq yeni birillik müqaviləyə imza atıblar. Mirsahib Abbasov və braziliyalı müdafiəçi Denis Silva ilə danışıq da müsbət nəticələnib. Onlar da yaxın günlərdə yeni 1 illik sazişə qol çəkəcəklər.

 

Beləliklə, “İnter”in komandada saxladığı oyunçu sayı 10-a yüksəlib. Buna qədər Şahin Zəkiyev, Sərtan Taşkın, Aqşin Quluzadə, Mirhüseyn Seyidov, Nizami Hacıyev və Elnur Abdullayevlə yeni müqavilə imzalanmışdı.

 

Qeyd edək ki, “İnter” geridə qalan mövsümü digər komandalarda keçirən Slavik Alxasov, Ağabala Ramazanov, Səlahət Ağayev, Pərdis Fərcad-Azad, Samir Zərgərov və Tərlan Quliyevlə də anlaşıb.

0