[b]Rio-2016: İdmançılar üçün “hədiyyə”[/b]
24.05.2016 - 13:20
[b]Rio-2016: İdmançılar üçün “hədiyyə”[/b]

Avqustun 5-dən 21-dək Rioda keçiriləcək Yay Olimpiya Oyunlarında təşkilatçılar ənənəvi addımla diqqət mərkəzinə düşüblər. Apasport.az saytının məlumatına görə, braziliyalılar yarışa qatılacaq idmançı və nümayəndə heyətləri üçün “hədiyyə”lər hazırlayıblar.

 

Belə ki, Olimpiadaya gələcək atletlər və rəsmi qonaqlar pulsuz prezervativlə təmin olunacaqlar. Onlar üçün yarış müddətində 450 min prezervativ hazırlanıb. Bunların 350 mini kişi, 100 mini qadın idmançılara veriləcək. Bu isə London-2012 ilə müqayisədə təxminən 3 dəfə artıqdı.  

 

Təşkilatçılar 450 min prezervativdən ən azı 400 mininin istifadə olunacağını gözləyir.

 

Olimpiya kəndində, həmçinin 175 min intim gel də paylanacaq.

 

Qeyd edək ki, Olimpiya kəndinin rəsmi açılışı iyulun 24-də olacaq. 

0