[b]Mourinyo üçün son 48 saat[/b]
24.05.2016 - 14:22
[b]Mourinyo üçün son 48 saat[/b]

Lui van Qalın istefaya göndərilməsindən sonra “Mançester Yunayted”in baş məşqçisi postuna Joze Mourinyonun keçəcəyi dəqiqləşib. Apasport.az saytı “Sky Sports”a istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı qarşı tərəflə imzalayacağı müqavilənin şərtlərini razılaşdırıb.

 

53 yaşlı məşqçinin “mankunianlar”ın baş məşqçisi postuna keçməsi qarşıdakı 48 saat, yəni 2 gün ərzində rəsmən açıqlanacaq.

 

“Çelsi”dən ayrıldıqdan sonra işsiz qalan Mourinyonun “Mançester Yunayted”ə gəlişi klubun əfsanəsi Rayan Giqqzin də ayrılmasına səbəb olacaq. Belə ki, van Qalın köməkçisi kimi çalışmış Giqqz Mourinyo “qırmızı şeytanlar”a gələcəyi təqdirdə, vəzifəsindən ayrılacağını bildirib.

 

Qeyd edək ki, məşqçilik karyerasına 2000-ci ildə başlayan Mourinyo “Çelsi”dən əvvəl “Porto”, “İnter” və “Real” klublarını da çalışdırıb.

 

0