[b]“Neftçi”nin hazırlıq planı məlum oldu[/b]
24.05.2016 - 14:40
[b]“Neftçi”nin hazırlıq planı məlum oldu[/b]

“Neftçi”nin yay hazırlıq planı böyük ölçüdə bəllidi. Apasport.az saytının məlumatına görə, sabah Azərbaycan Kubokunun final matçında “Qarabağ”la qarşılaşacaq paytaxt klubu bundan sonra istirahətə buraxılacaq.

 

Komanda bir də iyunun 10-da öz bazasında bir araya gələcək. İlk 2 gündə futbolçulara tibbi baxış olacaq. Ayın 12-dən komanda məşqlərə başlayacaq. Bakılılar iyunun 14-də və ya 15-də isə təlim-məşq toplanışı üçün ölkə xaricinə yollanacaqlar.

 

Ancaq komandanın hansı ölkəyə gedəcəyi hələ məlum deyil. Bununla bağlı qərar klubun Müşahidə Şurasının bu günlərdə keçirəcəyi iclasında veriləcək.

0