[b]Azərbaycan yığmasına yenə braziliyalı məşqçi gətirilir[/b]
24.05.2016 - 15:24
[b]Azərbaycan yığmasına yenə braziliyalı məşqçi gətirilir[/b]

“Mənə daha 2 gün vaxt verin. Qabaqcadan nəsə demək bizə düşmür”. Bu sözləri apasport.az saytına açıqlamasında Futzal Federasiyasının prezidenti Zaur Axundov deyib. 

 

Dünya çempionatının final mərhələsində iştirak edəcək futzal yığmamızın yeni baş məşqçisinin adı hələ də açıqlanmayıb. Bununla belə, millimizin “sükanı arxası”na gətiriləcək çalışdırıcının hansı ölkədən olacağı bəllidi.

 

Federasiya prezidenti ötən həftə saytımıza müsahibəsində braziliyalı və ispaniyalı məşqçilərlə danışıq apardıqlarını bildirmişdi. Əldə etdiyimiz məlumata görə, millimizə braziliyalı mütəxəssis gətiriləcək. Adı açıqlanmayan həmin məşqçi ilə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

 

Axundov əməkdaşımızla söhbətində məlumatı təkzib etməyib: “Yeni baş məşqçinin adını təxminən cümə axşamı günü açıqlayacağıq. Kimlərlə danışıq apardığımızı demək istəmirəm. Düzdü, braziliyalı məşqçi ilə anlaşmaq ehtimalımız daha çoxdu”.

 

Qeyd edək ki, əvvəllər də millimizə braziliyalı məşqçi rəhbərlik edib. Tino Peresdən öncə, daha dəqiq desək, 2009-2014-cü illərdə Azərbaycan yığmasını həmin ölkədən olan Alesio da Silva çalışdırıb. 

0