[b]“Siftə”dən 80 il keçdi[/b]
24.05.2016 - 17:03
[b]“Siftə”dən 80 il keçdi[/b]

Azərbaycan futbol klublarının ilk rəsmi sınağından 80 il ötür. Apasport.az saytının məlumatına görə, təmsilçilərimizin SSRİ çempionatlarındakı ilk matçı 1936-cı il mayın 24-də baş tutub.

 

Həmin gün V qrupunda çıxış edən “Temp” (sonradan “Cənub İnşaatçısı” adlanıb) ilk turun görüşündə Tiflis “Lokomotiv”i ilə qarşılaşıb. 8 min azarkeşin qarşısına çıxan Bakı klubu səfərdə oynamasına baxmayaraq, tarixinə qələbə ilə start verib. 7-ci dəqiqədəki erkən qolla “siftə”də qalib gələn “Temp” 1936-cı ilin yaz çempionatını 2-ci yerdə başa vuraraq, B qrupuna da yüksəlib.

 

Qeyd edək ki, 1936-cı ilədək ümumittifaq yarışları şəhər və respublika yığmaları arasında keçirildiyindən klublar yalnız Azərbaycan birinciliyində çıxış edirdi. 

0