[b]“Qarabağ” – “Neftçi”: Yusifov yenə qalmaqal yaradacaq?[/b]
24.05.2016 - 18:03
[b]“Qarabağ” – “Neftçi”: Yusifov yenə qalmaqal yaradacaq?[/b]

Sabah keçiriləcək Azərbaycan kubokunun final oyununu idarə edəcək Fariz Yusifov mövsümdə 22-ci matçına çıxacaq. Apasport.az saytının məlumatına görə, “Qarabağ” – “Neftçi” görüşünədək təcrübəli fit sahibi I divizionu nəzərə almasaq, 19 çempionat və 2 kubok görüşündə ədaləti qoruyub.

 

Onun idarə etdiyi qarşılaşmalarda 8 dəfə meydan sahibləri, 5 dəfə qonaqlar qalib gəlibsə, 8 matçda heç-heçə qeydə alınıb. Bu matçlarda top fərqi 22-17-di.

 

3 dəfə meydan sahibi, 3 dəfə qonaqların lehinə penalti qərarı verən hakim birincilərin qeyri-dəqiq zərbəsinə də şahid olub. Yusifov 21 matçda 120 vərəqə göstərib. Bu oyunlarda qonaqlar 3-ü qırmızı olmaqla 61, meydan sahibləri isə 2-si qırmızı olmaqla 59 vərəqə görüb.

 

Yusifov cari mövsümdə artıq 1 dəfə finalçıların duelində baş hakim olub. VI turun qalmaqallı “Qarabağ” – “Neftçi” matçının son dəqiqəsində mübahisəli penalti təyin etməklə meydan sahiblərini məğlubiyyətdən qurtaran sabiq FİFA referisi sonda 1:1 hesabını qeydə almışdı. O, həmin oyunda “Neftçi”nin 5, “Qarabağ”ın 2 üzvünə sarı vərəqə göstərmişdi.

 

Bu, Yusifovun “Qarabağ”ın matçında baş hakim olduğu yeganə oyundu. Referinin “ağ-qaralar”la yolları daha 5 dəfə kəsişib. I turda “Kəpəz”, XXXI turda “Zirə” ilə qolsuz ev heç-heçələri, sonunculara XXIII turdakı 0:3 hesablı məğlubiyyət Yusifovu “Neftçi” üçün uğursuz hakimə çevirib.

 

Lakin XXXIV turun səfər matçında “Kəpəz”i 2:1, kubokun yarımfinal mərhələsinin cavab oyununda “Qəbələ”ni (1:1) penaltilər seriyasında 4:3 hesabı ilə yenən “ağ-qaralar” finala elə bu hakimlə yüksəlib. Ədalət təmsilçisi həm bakılıların, həm rəqiblərinin qapısına 1 penalti təyin edib. O, “ağ-qaralar”a 1, digər komandalara isə 2 qırmızı vərəqə göstərib. Yusifov paytaxt təmsilçisinə 17, rəqib komandalara 23 vərəqə verib.

 

0