[b]Finala bütün təyinatlar açıqlandı[/b]
24.05.2016 - 17:50
[b]Finala bütün təyinatlar açıqlandı[/b]

Azərbaycan kubokunun final oyununa təyinatlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Qarabağ”la “Neftçi” arasında qarşılaşma öncədən məlum olduğu kimi Fariz Yusifova tapşırılıb.

 

Sabah baş tutacaq matçda ona , Yaşar Abbasov, Elman Musayev, Munis Abdullayev kömək edəcəklər. Əlavə köməkçi hakim funksiyası isə Rəhim Həsənovla Ömər Paşayevə həvalə olunub.

 

Azərbaycan kuboku

Final

25 may (çərşənbə)

20:00. “Qarabağ” – “Neftçi”

Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Munis Abdullayev

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Əli Hüseynov

Tofiq Bəhramov adına Respublika stadionu

 

Mənbə: pfl.az

0