[b]“Bizim oyunçuların istəyi daha çoxdu” - Vəli Qasımov[/b]
24.05.2016 - 18:12
[b]“Bizim oyunçuların istəyi daha çoxdu” - Vəli Qasımov[/b]

“Bizi çətin oyun gözləyir. “Qarabağ” bu gün Azərbaycanın ən yaxşı komandasıdı. Ancaq bizim də perspektivli, gələcəyi olan oyunçularımız var”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Vəli Qasımov deyib.

 

Ölkə kubokunun sabah “Qarabağ”la keçiriləcək final matçından öncə “ağ-qaralar”ın çalışdırıcısı brifinq keçirib.

 

İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda jurnalistlərin suallarını cavablandıran Qasımov meydana qələbə üçün çıxacaqlarını bildirib: “Son oyunlarda stabillik tapmışıq. Sistemimizi oturda bilmişik. Düzdü, favorit “Qarabağ”dı. Amma final bir oyundan ibarətdi. Mən komandamın potensialını bilirəm. İnanıram ki, uşaqlar sabah gözəl oyun göstərəcəklər. Səhvlər etməsək, qalib gələcəyik. “Qarabağ” üçün xüsusi plan hazırlamışam. Mövsümü medalsız başa vursaq, bu, bizim üçün fiasko sayılmamalıdı. Əslində fiasko mövsümün əvvəlində başlamışdı. “Qarabağ” çempion olub, ancaq biz hələ titulsuz qalmışıq. Odu ki, bizim cavan oyunçuların istəyi daha çoxdu. Futbolçu kimi SSRİ kubokunu qazanmışam. Məşqçi kimi də istərdim kubokun qalibi olum”.

 

Şota Arveladzenin “Neftçi”nin baş məşqçisi postuna gətiriləcəyi ilə bağlı yayılan xəbərlərin əsassız olduğunu bildirən Qasımov bunun onlara mənfi təsir etmədiyini söyləyib: “Oyunöncəsi bizi yalnız bir məqam narahat edir. O da Ailton Silvanın olmamasıdı. O yaxşı futbolçudu, yoxluğu təsirini göstərəcək. Sabahkı start heyətini hələ tam dəqiqləşdirməmişəm. Amma Ailtonun yerində kimi oynadacağımı artıq düşünmüşəm”.

0