Luçeskunun yeni ünvanı bəlli oldu: İllik 4 milyon avro qazanacaq
24.05.2016 - 19:34
Luçeskunun yeni ünvanı bəlli oldu: İllik 4 milyon avro qazanacaq

“Şaxtyor”dan ayrılan Mirça Luçeskunun işsiz günləri çox çəkməyib. Apasport.az saytının məlumatına görə, rumın məşqçi “Zenit”lə anlaşıb.

 

Bu barədə klubun rəsmi tviter hesabı xəbər yayıb. Tərəflər arasında 2+1 illik müqavilə imzalanıb. Rusiya mətbuatı təcrübəli çalışdırıcının illik 4 milyon avro qazanacağını bildirib.

 

Qeyd edək ki, 12 illik “Şaxtyor” macərasından sonra Ukraynanı Rusiyaya dəyişən Mirça karyerası boyu ümumilikdə 32 titul qazanıb. Türkiyə, Rumıniya və Ukrayna çempionluqları, ölkə kubokları ilə yanaşı Luçe Avroliqa çempionu və Avropa Superkubokunun da qalibi olub.

0