“Pele, sən kral olsan da...”
24.05.2016 - 21:19
“Pele, sən kral olsan da...”

İspaniya Kral kuboku ilə birlikdə karyerasındakı 32-ci titulunu qazanan Dani Alveş əfsanəvi braziliyalı futbolçu Peleyə “sataşıb”. Apasport.az saytının məlumatına görə, müdafiəçi sosial şəbəkə hesabından video paylaşıb.

 

Videoda karyerası boyu 31 kubok qazanmış “Futbol kralı”na ismarıc yollayan “Barselona”lı ona belə səslənib: “Pele, sən kral olsan da, səndən daha çox kubokum var. İstəsən məni tənqid edə bilərsən, ancaq mən xoşbəxtəm”.

0