“Borussiya”nın futbolçusu ən yaxşı oldu
24.05.2016 - 22:11
“Borussiya”nın futbolçusu ən yaxşı oldu

Henrik Mxitaryan Bundesliqanın ən yaxşı oyunçusu seçilib. Apasport.az saytının məlumatına görə, o, Almaniya çempionatında çıxış edən futbolçuların seçimi əsasında ilk pilləyə yüksəlib.

 

“Kicker”in sorğusunda iştirak edən 235 oyunçudan 31.1%-i erməni futbolçunu ən yaxşı hesab edib. İkinci yeri “Bavariya”nın hücmuçusu Robert Levandovski (22.1%), üçüncü pilləni isə Tomas Müller (13.6%) tutub.

 

Qeyd edək ki, “Borussiya”nın futbolçusu bu mövsüm 31 oyunda 11 qol vurub və 18 dəfə məhsuldar ötürmə ilə yadda qalıb. 

0