[b]“Al qurdlar”a bir qol çatmadı [/b]
24.05.2016 - 22:17
[b]“Al qurdlar”a bir qol çatmadı [/b]

Asiya Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyunda səfərdə “Əl-Nəsr”ə (BƏƏ) 1:4 hesabıyla uduzan “Traktorsazi” bu dəfə ərəblərlə evdə qarşılaşıb.

 

Oyun Təbriz klubunun 3:1 hesablı qələbəsiylə nəticələnib. “Al qurdlar”a oyunu əlavə vaxta daşımaq üçün sadəcə, bir qol kifayət etməyib. Bununla da, Təbriz klubu mübarizəni 1/8 finalda dayandırıb.

 

Qeyd edək ki, “Traktorsazi” tarixi ərzində ilk dəfə Asiya Çempionlar Liqasında qrup mərhələsini aşmışdı.

 

Asiya Çempionlar Liqası

1/8 final (cavab oyunu)

24 may

 

“Traktorsazi” – “Əl-Nəsr” - 3:1 (ilk oyun 1:4)

Qollar: Fərzad Hatəmi, 47; 73. Məhəmməd İranpurian, 61 - Salem Saleh, 16

0