[b]“Qəbələ”də növbəti ayrılıq: Yığma üzvü də getdi[/b]
25.05.2016 - 00:45
[b]“Qəbələ”də növbəti ayrılıq: Yığma üzvü də getdi[/b]

“Qəbələ” iki futbolçu ilə - Samir Zərgərov və Arif Daşdəmirovla yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, 2015-2016-cı illər mövsümündən öncə “qırmızı-qaralar”a qoşulan Daşdəmirov komandamızın heyətində 46 oyun keçirib. 1 qol vuran cinah müdafiəçisi Premyer Liqada 30, UEFA Avropa Liqasında 14, Azərbaycan kubokunda 2 oyuna çıxıb.

 

Yeganə qolunu ölkə çempionatında vuran 29 yaşlı arxa xətt oyunçusu “Qəbələ” ilə Premyer Liqanın bürünc mükafatını qazanıb və UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlib. 2009-2010 mövsümündə də “qırmızı-qara” forma geyinən Arif komandamızda ümumilikdə 64 oyun keçirib, 1 qol vurub.

 

2015-2016-cı illər mövsümündən əvvəl heyətə qatılan Zərgərov “Qəbələ”də keçirdiyi 38 matçda 3 dəfə qol sevinci yaşayıb. 29 yaşlı yarımmüdafiəçi 3 qol vurduğu Premyer Liqada 26 matç keçirib. Ölkə kubokunda 3, avrokuboklarda 9 matçın iştirakçısı olan Samir komanda ilə Premyer Liqanın bürünc mükafatını qazanıb və UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlib. 2006-09-cu illərdə də “Qəbələ”də çıxış edən Zərgərov ümumilikdə 122 matçda geyindiyi “qırmızı-qara” forma ilə 13 qola imza atıb.

 

“Qəbələ” İdman Klubu Arif Daşdəmirov və Samir Zərgərova “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edir, gələcək karyeralarında yeni-yeni uğurlar arzulayır.

 

(klub saytı)

0