Kapellodan maraqlı təklif: 9-1 sxemi ilə oynayın
25.05.2016 - 01:23
Kapellodan maraqlı təklif: 9-1 sxemi ilə oynayın

Fabio Kapello İtaliya milli komandasının Avropa çempionatındakı şansları haqqında danışıb. Apasport.az saytının məlumatına görə, “Football İtalia” nəşrinə açıqlama verən Rusiya millisinin keçmiş çalışdırıcısı milli komanda və Antonio Kontenin tarix yazmaq üçün yaxşı şansı olduğunu vurğulayıb.

 

“İtaliya üçün əla çempionat alına bilər. Çünki bir çox aparıcı oyunçular Fransaya yollanmayacaqlar. “Yuventus”un futbolçuları digərlərinə qələbə mentaliteti aşılamalıdırlar” – deyə Kapello bildirib.

 

Təcrübəli futbol adamı millinin hansı sxemlə oynaması haqqında da fikirlərini bölüşüb: “Düşünürəm ki, komanda üçün ən optimal variant 9-1 sxemidir.  Bir hücumçu irəlidə olmalıdı, qalan 9 nəfər isə hamısı bir-birilərinə kömək etməlidilər”.

0