[b]"Topaz" “Qarabağ” deyir... [/b]
25.05.2016 - 10:22
[b]"Topaz" “Qarabağ” deyir... [/b]

“Topaz” Azərbaycan kubokunun final oyunu üçün əmsallarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, mərc oyunları operatoru “Qarabağ” – “Neftçi” matçında Ağdam təmsilçisini şanslı sayır.

 

Belə ki, “Topaz” Qurban Qurbanovun komandasının qalib olmasına 1,40 əmsal verdiyi halda, “ağ-qaralar”ın kuboku başı üzərinə qaldırmasını 5,50 əmsalla qiymətləndirib. Əsas vaxtda “sülh” proqnozlaşdıranlar isə əmanətlərini 3,90 dəfə artıra bilərlər.

 

Qeyd edək ki, “Topaz” proqramında 556 kodu ilə verilən matç saat 20:00-da başlayacaq. 

0