[b]“Sumqayıt”da 3 müqavilə, 2 ayrılıq[/b]
25.05.2016 - 11:22
[b]“Sumqayıt”da 3 müqavilə, 2 ayrılıq[/b]

Mövsüm başa çatan kimi, heyətində təmizləmə işləri aparan “Sumqayıt” daha bir neçə oyunçusu ilə bağlı qərar qəbul edib. Apasport.az saytının məlumatına görə, “gənclik şəhəri” təmsilçisi 2 oyunçu ilə də vidalaşıb.

 

Bunlar qapıçı Tural Abbaszadə və yarımmüdafiəçi Aleksandr Çertoqanovdu. Müqavilə müddəti başa çatan hər iki oyunçunun anlaşmasının yenilənməməsi qərara alınıb və onlar yola salınıb.

 

“Kimyaçılar” əvəzində 2 futbolçunu heyətdə saxlayıblar. Söhbət yarımmüdafiəçi Amit Quluzadə və hücumçu Amil Yunanovdan gedir. Quluzadə ilə yeni 1 illik sazişin imzalanması razılaşdırılıbsa, Yunanov anlaşmaya görə, qarşıdakı iki mövsümü “Sumqayıt”da keçirəcək. Həmçinin gənc qolkiper Tərlan Əhmədli ilə də yeni müqavilə imzalanması nəzərdə tutulub.

 

“Sumqayıt” hücumçu Vaqif Cavadovu da saxlamaqda israrlıdı. Hətta millimizin üzvünə yeni müqavilə təklifi də edilib. Lakin digər təklifləri də nəzərdən keçirmək istəyən Cavadov hələlik cavab verməyə tələsmir.

 

0