[b]“Qarabağ” – “Neftçi”: stadionun yarısı boş qalacaq?[/b]
25.05.2016 - 12:31
[b]“Qarabağ” – “Neftçi”: stadionun yarısı boş qalacaq?[/b]

Bu gün keçiriləcək Azərbaycan Kubokunun final matçı üçün bilet satışı davam edir. Apasport.az saytının məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmada “Neftçi” azarkeşlərinin çoxluq təşkil edəcəyi gözlənilir.

 

Çünki paytaxt təmsilçisi bilet satışında “Qarabağ”dan daha fəal nəzərə çarpır. AFFA tərəfindən hər kluba satması üçün 11 minə yaxın bilet verilmişdi ki, “Neftçi” rəhbərliyi bunu artıq tükətmək üzrədi. Belə ki, bu gün səhərə olan məlumata görə, bakılılar artıq 10 minə yaxın bilet satmağa müvəffəq olublar.

 

Rəhbərlik kassalardakı satışla yanaşı, onlayn satış və azarkeşlər arasında sosial şəbəkələrdə sorğu apararaq buna nail olub. Qalan 1000 biletin də oyun saatına qədər satılması gözlənilir.

 

“Qarabağ” rəhbərliyi isə ona verilən 11 min biletin heç yarısını sata bilməyib. Son çempionun hələlik 5000 azarkeşi bilet alaraq, matçı gözləyir.

 

Ümumi götürdükdə isə hələlik 15 minə yaxın bilet satışı reallaşıb. Tofiq Bəhramov adına Respublika stadionunun 31 minlik tutuma malik olduğunu nəzərə alsaq, əksər tribunaların boş qalacağını proqnozlaşdırmaq olar.

 

Qeyd edək ki, “Qarabağ” – “Neftçi” oyunu saat 20:00-da başlayacaq.

0