[b]Premyer Liqa klubu seçimini etdi[/b]
25.05.2016 - 15:20
[b]Premyer Liqa klubu seçimini etdi[/b]

Türkiyədə yay hazırlığı keçəcək “Zirə”nin təlim-məşq toplanışı üçün hansı şəhəri seçəcəyinə böyük ölçüdə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, ölkə xaricinə çıxacaq paytaxt təmsilçisi seçim qarşısında qalmışdı.

 

Bolu və Ankara arasında seçim aparan zirəlilər üstünlüyü birinci şəhərə veriblər. Komandanın toplanış üçün Boluya yollanacağı yaxın günlərdə rəsmən dəqiqləşəcək.

 

İyunun sonlarında bir araya gələcək kollektiv əvvəlcə Bakıda hazırlaşacaq. Təxminən 10 günlük məşqlərdən sonra isə “Zirə” Türkiyəyə yola düşəcək.

 

Qeyd edək ki, Adil Şükürovun çalışdırdığı komanda ölkə çempionatının başa çatan mövsümündə gümüş medalları qazansa da, fəaliyyət dövrü 3 ildən aşağı olduğu üçün avrokuboklardan kənarda qalacaq.   

 

0