[b]“Barselona”nın futbolçusu “Yuventus”la razılaşdı?[/b]
25.05.2016 - 16:21
[b]“Barselona”nın futbolçusu “Yuventus”la razılaşdı?[/b]

“Barselona” aparıcı oyunçularından olan Xavyer Maskerano ilə vidalaşa bilər. Apasport.az saytı İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı müdafiəçinin karyerasını İtaliyada davam etdirmək variantı yaranıb.

 

Belə ki, “Yuventus” 32 yaşlı futbolçunu heyətinə qatmaq üzrədi. Maskeranonun “qoca sinyora” ilə 3 illik müqaviləyə razılaşdığı bildirilir.

 

Kataloniya təmsilçisi argentinalını saxlamaq üçün onun məvacibini artıra bilər. Təcrübəli müdafiəçinin karyerasını hansı klubda davam etdirəcəyi yaxın günlərdə tam dəqiqləşəcək.

 

Qeyd edək ki, karyerası ərzində “River Pleyt”, “Korintians”, “Vest Hem” və “Liverpul” klublarının da formasını geyinən Maskerano 2010-cu ildən “Barselona”da çıxış edir. 

0