Zidan Qvardiolaya və del Boskeyə qoşulmaq üçün...
25.05.2016 - 17:10
Zidan Qvardiolaya və del Boskeyə qoşulmaq üçün...

“Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının (ÇL) ən uğurlu debütantları sırasına qoşula bilər. Apasport.az saytının məlumatına görə, bunun üçün fransalı mütəxəssisin komandası ÇL-in finalında “Atletiko” üzərində qələbə qazanmalıdı.

 

Belə olarsa, Zidan baş məşqçi kimi debüt etdiyi mövsümdə ÇL-i qazanan 8-ci mütəxəssis olacaq. Maraqlıdı ki, bundan öncəki çempion debütantlardan 3-ü məhz “Real”ın “sükanı” arxasında Çempionlar Liqasının qalibi olub. Sonuncu dəfə isə 2009-cu ildə baş məşqçiliyə başlayan Xosep Qvardiola ilk mövsümündəcə “Barselona”nı Avropanın ən güclüsü etmişdi.

 

İndiyə qədər Xose Vilyalonqa (“Real” - 1956), Migel Munyos (“Real” - 1960), Toni Barton (“Aston Villa” - 1982), Co Feqan (“Liverpul” - 1984), Qus Hiddink (PSV - 1988), Visente del Boske (“Real” - 2000) və Xosep Qvardiola (“Barselona” - 2009) debüt mövsümündə ÇL-in kubokunu başı üzərinə qaldırmağı bacarıb.

 

Qeyd edək ki, “Real” – “Atletiko” matçı mayın 28-də keçiriləcək.

 

0