[b]Çempionat bitdi, maaş problemi bitmədi[/b]
25.05.2016 - 17:47
[b]Çempionat bitdi, maaş problemi bitmədi[/b]

Topaz Premyer Liqasının 2015-2016 mövsümünü 9-cu pillədə başa çatdıran “Rəvan”da maaş problemi hələ də həll edilməyib. Apasport.az saytının məlumatına görə, XXXVI turda “Xəzər Lənkəran”la görüşdən öncə gündəmə gələn mövcud problem qalmaqdadı.

 

Düzdü, klub rəhbərliyi həmin matçdan öncə futbolçulara 1 ayın məvacibini vermişdi. Lakin problemin tam olaraq, həlli reallaşmayıb.

 

“Rəvan”ın oyunçuları bu ayla yanaşı, ötən ilin oktyabr, noyabr və dekabr aylarının maaşlarını da hələ ala bilməyiblər. Klub rəhbərliyi həm bu, həm də digər məsələlərlə bağlı yaxın günlərdə iclas keçirməyi planlaşdırır.

 

Qeyd edək ki, başa çatan mövsümdə aktivindən 6 xal silinən “Rəvan” mövsümü 18 xalla başa çatdırıb. 

0