“Tottenhem”in 13 milyonluq təklifi qəbul edilmədi
25.05.2016 - 18:38
“Tottenhem”in 13 milyonluq təklifi qəbul edilmədi

“Tottenhem” yay “transfer pəncərəsi”ndə heyətini gücləndirmək niyyətindədi. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, London təmsilçisi “Şaxtyor”un yarımmüdafiəçisi Marlosa “elçi düşüb”.

 

İngilislər Donetsk klubu ilə danışığa artıq start veriblər. “Tottenhem” rəhbərliyi braziliyalı futbolçuya görə 13 milyon avro xərcləməyə hazırdı. Lakin bu məbləğ qarşı tərəfi razı salmır. “Şaxtyor” Marlosu azı 25 milyon avroya satmağı planlaşdırır.

 

Qeyd edək ki, Marlos “Şaxtyor”a 2014-cü ildə 8 milyon avro qarşılığında “Metallist”dən keçib. 

0