[b]Ölkə prezidenti FİFA-ya müraciət etdi: Cəzanı yüngülləşdirin[/b]
25.05.2016 - 21:02
[b]Ölkə prezidenti FİFA-ya müraciət etdi: Cəzanı yüngülləşdirin[/b]

Ukrayna prezidenti Pyotr Poroşenko FİFA prezidenti Canni İnfantinoya məktub yollayıb. Apasport.az saytının məlumatına görə, ölkə başçısı ali futbol qurumundan “Lvov Arena”nın cəzasının azaldılmasını istəyib.

 

O, bildirib ki, DÇ-2018-in seçmə mərhələsinin Rusiya ilə olacaq qarşılaşmasını məhz bu stadionda oynamaq istəyirlər.

 

Qeyd edək ki, FİFA Lvov mərkəzi stadionunu 2013-cü ilin payızında DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində San Marino ilə oyunda səslənmiş şovinist və nasist şüarlara görə 5 illik cəzalandırmışdı.

0