[b]Çingiz Abdullayev: Gələn il də finala yüksəlsək... – MÜSAHİBƏ[/b]
26.05.2016 - 00:24
[b]Çingiz Abdullayev: Gələn il də finala yüksəlsək... – MÜSAHİBƏ[/b]

“Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev “Qarabağ”la ölkə kubokunun final oyunundan sonra apasport.az saytının da suallarını cavablandırıb.

 

- “Neftçi” 120-ci dəqiqədə qapısında qol görməklə kuboku əldən verdi. 0:1 hesablı yenilgini necə şərh edərdiz?

- Oyunu hamı gördü. Meydanda çox yaxşı mübarizə getdi. Halbuki, keçən il finalda belə olmamışdı. Ötən ildən fərqli olaraq, bu dəfə “Neftçi”nin heyətində yer alanların çoxu gənc yerli futbolçular idi.

 

- Hakimlərin idarəçiliyindən razı qaldınız?

- Oyundan sonra hakimlərin idarəçiliyi barədə nəsə demək düz deyil. Bunun üçün xüsusi adamlar var və onlar hakimlərin işinə qiymət verəcəklər. Nəticədən asılı olmayaraq, hakimlərin tənqid olunmasını düzgün hesab etmirəm.

 

- “Neftçi” haqda müsbət fikirlər səsləndirsəniz də, komandanız 120 dəqiqə müdafiə olundu...

- “Neftçi” çempionatı altıncı yerdə başa vurub. Lakin finalda çox güclü rəqib olan, son illərində çempionu “Qarabağ”a qarşı layiqli müqavimət göstərdi.

 

- Avrokuboklara vəsiqəni “Neftçi” üçün uğur hesab etmək mümkündür?

- Əvvəldən məqsədimiz ya medal qazanmaq, ya da kubokda finala yüksəlmək idi. Əsas hədəf avrokuboklara yollanmaqdan ibarət idi. Bunun da öhtəsindən gəldik. Komanda qarşıya qoyulan məqsədə çatdı. Düzdür, il ərzində nöqsanlarımız çox oldu. Mayın 28-də Müşahidə Şurasının iclası keçiriləcək və görülən işlər toplantıda müzakirə olunacaq.

 

- İdman Arbitraj Məhkəməsi “İnter”in lehinə qərar çıxarsa, komandanız avrokuboklardan kənarda qalacaq. Bu məqam sizi narahat edir?

- Bilirəm. Amma İdman Arbitraj Məhkəməsinin fərqli qərar çıxaracğına inanmıram. “İnter”ə uğurlar arzulayıram. Lakin vəziyyətin dəyişəcəyini düşünmürəm. CAS bu məsələyə böyük ehtimalla, tezliklə baxmayacaq.

 

- “Neftçi”nin 80 illiyi ilə bağlı hazırlıqlara artıq start verilib?

- Bəli, hazırlıq işlərinə start verilib. İlk iş bazanın hazırlanmasıdır. Artıq orada müyyən işlər görülüb. Buyaxınlarda bazamızda hazırlıq keçən İngiltərə və digər yığmalar şəraitdən razılıqlarını ifadə ediblər. Eləcə də aşağı yaş qrupları üzrə komandalarımız cari mövsümdə uğurlar qazanırlar. Ancaq ilk növbədə əsas komandaya diqqət ayırırıq. Düşünürəm ki, növbəti mövsüm “Neftçi” daha yaxşı çıxış edəcək. Ardıcıl 5 il “Neftçi” finala yüksəldi. Bu, Azərbaycan futbolunda rekord göstəricidi. Bu finalların üçündə uduzmuşuq. Məncə gələn il də finala yüksəlsək, qalib olacağıq. Dünyanın heç bir yerində finalda uduzan komandanın nəticəsi uğursuz hesab olunmur.

0