[b]“Qarabağ”ın hazırlıq planı bəlli oldu[/b]
26.05.2016 - 01:32
[b]“Qarabağ”ın hazırlıq planı bəlli oldu[/b]

Ölkə kubokunun final qarşılaşması ilə artıq 2015/16 mövsümünə yekun vuruldu. Apasport.az saytının məlumatına görə, bəzi klubların fasilədən necə yararlanacaqları da dəqiqləşmək üzrədir.

 

Mövsümü qızıl dublla başa vuran “Qarabağ” yay hazırlıqlarını Avstriyada keçirəcək. Bu barədə saytımıza çempionun baş məşqçisi Qurban Qurbanov açıqlama verib.

 

Təcrübəli mütəxəssisin bildirib ki, komanda iyunun 16-sı Avstriyaya yollanacaq. Bir gün sonra isə məşqlər başlayacaq. Həmin ayın 19-dan isə millinin futbolçuları düşərgəyə gələcək.

 

Ağdamlıların nə vaxtölkəyə qayıdacağı isə püşkatmadan asılı olacaq. Belə ki, əgər Çempionlar Liqasındakı ilk oyun doğma meydanda keçirilsə, “Qarabağ” matçdan bir həftə əvvəl vətənə dönəcək. Yox əgər ilk qarşılaşma səfərdə olsa, Avstriyadan birbaşa həmin ölkəyə gedəcək.

 

Təmsilçimizin təlim-məşq toplanışında qarşılaşacağı ilk klub isə bu ölkənin ikinci liqa təmsilçisi "İnsburq" olacaq. Bu komandayla oyun ayın 25-i olacaq

0