[b]“Çıxışımızın necə alınacağını söyləmək çətindi” - Şəhriyar Məmmədyarov[/b]
26.05.2016 - 12:31
[b]“Çıxışımızın necə alınacağını söyləmək çətindi” - Şəhriyar Məmmədyarov[/b]

“ShamkirChess 2016” turniri bizim üçün olimpiadadan öncə çox önəmli yarışdı. Milli komandanın 5 üzvündən 4-ü bu turnirdə mübarizə aparacaq”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin şahmatçısı Şəhriyar Məmmədyarov deyib.

 

Qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2016” turniri haqda danışıb. Məmmədyarov bu gün start götürəcək Şəmkir turnirinin onun üçün önəmli yarış olduğunu deyib: “Bizim şahmatçılar bu yarışda qalib gəlmək gücündədi. Karyeramız ərzində bir çox uğurlarımız olub. “ShamkirChess 2016”də qalib gəlmək şansları bərabərdi. Sadəcə, turnirdəki çıxışımızın necə alınacağını indidən söyləmək çətindi. Bütün şahmatçılarımızdan gözəl oyun gözləyirəm".

 

Qeyd edək ki, Şəhriyar Məmmədyarov “ShamkirChess 2016” turnirinin ilk turunda dünya çempionu şahmat tacına iddialı Sergey Karyakinlə qarşılaşacaq (yarışın mətbuat xidməti). 

 

0