İbrahimoviç: Mourinyodan təklif alsam...
26.05.2016 - 18:33
İbrahimoviç: Mourinyodan təklif alsam...

PSJ-dən ayrılan Zlatan İbrahimoviç hələ də gələcək karyerası ilə bağlı qərar verməyib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, isveçli forvard seçim qarşısında qalıb.

 

İsveç mətbuatına müsahibə verən ulduz futbolçu yekun qərar verməyə tələsmədiyini söyləyib: “Hələlik heç bir klubla anlaşmamışam. Hara keçəcəyimi bilmirəm. Mətbuatın mənim barəmdə “48 saat ərzində bu klubla müqavilə imzalayacaq” kimi yazıları oxumaq əyləncəli gəlir. İngiltərə və İtaliya başda olmaqla, bir çox ölkədən təklif gəlib. İtaliya mənim ikinci, Fransa isə üçüncü vətənimdi. Gələcəyimlə bağlı narahatlığım yoxdu”.

 

İbrahimoviç “Keçmiş çalışdırıcınız Joze Mourinyonun rəhbərliyi altında “Mançester Yunayted”də oynayarsınızmı?” sualına bu cür cavab verib: “Əvvəla qeyd edim ki, Mourinyo möhtəşəm məşqçidi. Əgər uğur qazanmaq istəyirsənsə, onu komandaya gətirməlisən. Joze ilə birlikdə İtaliyada gözəl günlərim keçdi. Mourinyodan təklif alsam, yenidən onunla birlikdə çalışarammı? Birlikdə görəcəyik. Premyer Liqa ilə bağlı cavabını hələ də tapmadığım bəzi suallar var. Bu üzdən də hansısa kluba keçəcəyimi indidən deyə bilmərəm”.

 

Qeyd edək ki, hazırda azad agent statusu daşıyan İbrahimoviçin “Mançester Yunayted”ə keçmək ehtimalı yüksək göstərilir.

0