[b]“Milli komanda ilə klub arasında çox fərq var” – Adil Nağıyev[/b]
26.05.2016 - 22:41
[b]“Milli komanda ilə klub arasında çox fərq var” – Adil Nağıyev[/b]

“Sınaq matçı idi. Çalışdıq ki, özümüzü yaxşı tərəfdən göstərək. İlk oyunum idi, həyəcan da var idi. İstəyirəm ki, yenidən milliyə dəvət ala bilim. Fikrimcə pis alınmadı, ancaq gələcəkdə bundan daha yaxşısını göstərə bilərik”. Apasport.az saytının məlumatına görə, bu sözləri milli komandamızın müdafiəçisi Adil Nağıyev deyib.

 

Azərbaycan yığma komandasının Avstriya toplanışı çərçivəsində Andorra ilə hazırlıq matçından sonra (0:0) əməkdaşımıza müsahibə verən “Zirə”nin üzvü əsas millidəki debütünü dəyərləndirib.

 

- Dörd gündür millinin düşərgəsindəsən. “Zirə”nin məşqləri ilə yığmanın məşqləri arasında hansısa fərqlər var?

- Milli komanda ilə klub arasında çox fərq var. Burda atmosfer fərqlidi, ab-hava başqa cürdü. Orda yerli məşqçidi, burda baş məşqçi yerli deyil. Arada çox fərq var.

 

- Andorra dünyanın ən zəif millilərindən biri olsa da, komandamız həmişə ona qarşı oyunlarda çətinlik çəkir...

- Mən çətinlik çəkdiyimizi fikirləşmirəm. Sadəcə hazırlıq matçı idi, baş məşqçi gənclərə şans vermişdi. Heyətdə debütant çox olsa da, fikrimcə biz onlardan daha yaxşı oynadıq. Əsas komanda olsaydı, çox rahatlıqla qalib gələ bilərdi.

0