[b]Bad Erlaxda itirilən xallar[/b]
27.05.2016 - 09:20
[b]Bad Erlaxda itirilən xallar[/b]

Azərbaycan millisinin Andorra ilə yoxlama oyunundakı qazancı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Avstriyada keçirilən təlim-məşq toplanışında baş tutan görüş Robert Prosineçkinin yetirmələrinin aktivinə 50 əmsal xalı gətirib.

 

Buna planetin 202-ci komandası ilə matçın qolsuz heç-heçə başa çatması səbəb olub.

 

Bu isə 4 ilin nəticələrinə əsasən hesablanan FİFA reytinqinə mənfi təsir edib. Son reytinq cədvəlində 269 xalla dünyanın 133-cü yığması olan komandamızın Andorra ilə matçdan sonrakı göstəricisi 258-ə qədər azalıb.

 

Makedoniya ilə mayın 29-dakı matçda yalnız qələbə millimizin durumunu yaxşılaşdıracaq. Qələbə reytinq xalımızı 270-ə, məğlubiyyət isə 252-yə çatdıracaq.

0