A seriyasının ən yaxşıları seçildi
27.05.2016 - 10:01
A seriyasının ən yaxşıları seçildi

İtaliyada 2015-16 mövsümünün ən yaxşıları müəyyənləşib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, italyanlar ən güclü futbolçu və simvolik komandanı seçiblər.

 

Aparılan səsvermənin nəticəsinə görə, “Yuventus”un yarımmüdafiəçisi Pol Poqba mövsümün oyunçusu adına layiq görülüb. Fransız futbolçu 36 qolla A seriyasının bombardiri olan “Napoli”nin hücumçusu Qonsalo İquaini qabaqlayıb.

 

Mövsümün simvolik komandasında isə çempion “Yuventus”un 4 üzvü yer alıb. “Napoli”nin 3 oyunçusu simvolik komandada özünə yer edə bilib. Maraqlıdı ki, nə “İnter”, nə də “Milan”dan heyətə futbolçu salınıb.

 

Mövsümün ən yaxşı baş məşqçisi isə “qoca sinyora”nın çalışdırıcısı Massimiliano Alleqri seçilib.

 

Simvolik komanda:

Qapıçı: Canluici Buffon ("Yuventus")

Müdafiəçilər: Françesko Açerbi ("Sassuolo"), Leonardo Bonuççi (“Yuventus"), Xalidu Kulibali ("Napoli")

Yarımmüdafiəçilər: Pol Poqba ("Yuventus"), Rikkardo Saponara ("Empoli"), Marek Hamşik ("Napoli"), Miralem Pyaniç ("Roma"), Federiko Bernardeski ("Fiorentina")

Hücumçular: Paulo Dibala ("Yuventus"), Qonsalo İquain ("Napoli")

Baş məşqçi: Massimiliano Alleqri (“Yuventus”).

0