[b]“Taktiki dəyişikliklə yaxşı imkanlar yaratdıq” – Andorra millisinin baş məşqçisi[/b]
27.05.2016 - 10:10
[b]“Taktiki dəyişikliklə yaxşı imkanlar yaratdıq” – Andorra millisinin baş məşqçisi[/b]

“Azərbaycanla oyunun ilk hissəsi çox gərgin keçdi. Rəqibimiz iki aşkar qol imkanı əldə etsə də, bunlardan yararlana bilmədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Andorra millisinin baş məşqçisi Koldo Alvares deyib.

 

O, Azərbaycan yığması ilə Avstriyada keçirilən yoxlama oyunu haqda fikirlərini bildirib: “Oyunun axarını dəyişmək üçün taktiki dəyişiklik etməyi zəruri saydım. 4-4-2 taktiki sxemini 4-1-4-1-ə dəyişdim. Bu da komanda oyununda daha yaxşı anlaşma və hücumda şans qazanmaq imkanı verdi. Biz çox yaxşı çalışdıq. Bunun nəticəsində çox yaxşı imkanlar əldə etdik. Sadəcə onları sonluğa çatdıra bilmədik. Şans verdiyim debütantların oyunundan razı qaldım. Onlar elə ilk matçdan özlərini yaxşı tərəfdən göstərə bildilər”.

 

Qeyd edək ki, Azərbaycan – Andorra matçı 0:0 hesabı ilə başa çatıb.

 

 

0