“Bavariya”lı futbolçunun transfer qiyməti açıqlandı
27.05.2016 - 10:22
“Bavariya”lı futbolçunun transfer qiyməti açıqlandı

“Bavariya” rəhbərliyi Mario Getze ilə yolları ayırmağa hazırdı. Apasport.az saytı Almaniya mətbuatına istinadən xəbər verir ki, münhenlilər yarımmüdafiəçini satmağı planlaşdırırlar.

 

Getzenin transfer qiyməti də artıq açıqlanıb. Almaniya yığmasının üzvünü heyətinə qatmaq istəyən klub 40 milyon avrosundan keçməli olacaq. “Bavariya” rəhbərliyi sözügedən futbolçunu bundan aşağı qiymətə satmağa razı deyillər.

 

Qeyd edək ki, Dortmund “Borussiya”sının yetirməsi olan Getze 2013-cü ildən “Bavariya”da çıxış edir.

 

 

0